top of page
Search

İtaliyanın tanınmış dizayn şirkəti azərbaycanlı rəssamla çalışacaq

  • 12 hours ago
  • 1 min read



Ötən həftə "Favole" adlanan ilk fərdi sərgisi ilə diqqət cəlb edən gənc rəssam Afsana Habib tanınmış İtalya dizayn şirəti ilə birlikdə çalışacaq.


Publika.az xəbər verir ki, rəssam mətbuata açıqlamasında şirkətin adını gizli saxladığını, yaxın zamanlarda hər iki ölkənin mediasında bu barədə məlumat verəcəyini qeyd edib: “Bundan sonra əl işlərimi İtaliyanın tanınmış və məşhur bir dizayn şirkətində görəcəksiniz. Hansı ki, bu şirkət beynəlxalq standartlara uyğun işlər hazırlayır. Dünyaya çıxarılan bu dizaynlarda azərbaycanlı rəssamın da imzası olacaq. Bunun üçün sevincliyəm”.


Qeyd edək ki, gənc rəssam Afsana Habibin ötən həftə Muzey Mərkəzi Sərgi Qalereyasında bir həftə ziyarətçilərin üzünə açıq olan sərgi bu gün də müzakirə obyektidir. Belə ki, 62 rəsm əsərinin daxil olduğu sərgi "Venesiya karnavalı" təəssüratı bağışlayıb. Sərgidə ziyalılar, tanınmış sənət adamları, incənət nümayəndələri, Xalq rəssamları iştirak edib.Eyni zamanda, gənc rəssamın bir çox şəhərlərdə sərgiləri baş tutub, həmçinin o, beynəlxalq müsabiqələr iştirakçısı və qalibidir.


 
 

Yaradıcılıq

Natürmort əsərləri adi əşyaları sakit duyğular və simvolik dərinliklə zəngin, zərif vizual kompozisiyalara çevirir.

2V3A8728_edited.png

Əlaqə

Əməkdaşlıq, sifariş, sərgi layihələri və digər müraciətlərlə bağlı bizimlə əlaqə saxlamaqdan məmnun olarıq.

Thanks for submitting!

  • Instagram
  • Facebook

© 2026 Əfsanə Həbib, Bakı, Azərbaycan | *fa-design

bottom of page